Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo mətbuata açıqlama verib.

O, Mərakeş ilə görüşdə uğursuzluqdan sonra mundialda mübarizəni dayandıran milli komandasının məğlubiyyəti ilə barışmır. SİTAT: “Milli komanda ilə dünya kubokunu qazanmaq karyeramdakı ən böyük arzum idi. 16 il ərzində 5 dəfə dünya çempionatında çıxış etdim. Meydanda bütün gücümü ortaya qoydum. Heç vaxt mübarizədən qaçmadım və bu arzumdan əl çəkmədim. Təəssüf ki, dünən bu arzuya son qoyuldu. Sadəcə, istəyirəm ki, hər kəs bilsin. Mən heç vaxt komanda yoldaşlarıma və ölkəmə arxa çevirmədim. Hal-hazırda deyəcək başqa bir şey yoxdur. Təşəkkürlər, Portuqaliya. Təşəkkürlər, Qətər. Arzu sağ ikən gözəldir.